Gürcüstanda koronavirusdan 41 nəfər ölüb 

13:00 27.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda ötən sutka ərzində koronavirusa 4 835 yoluxma halı qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 603 007 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 41 nəfər ölüb, 13 840 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 16 138 nəfər, sağalanların sayı isə 1 491 321 nəfər təşkil edir.